Rəsmi Tehrandan ABŞ-a şok xəbərdarlıq

9-01-2020, 02:43           
Rəsmi Tehrandan ABŞ-a şok xəbərdarlıq
“ABŞ-ın bölgədəki mövcudluğu tezliklə başa çatacaq”.

Teleqraf.com xəbər verir ki, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bildirib.

“Region dövlətləri ABŞ-ın təhlükəli sərgüzəştlərindən ciddi narahatdırlar. ABŞ-a qarşı mövcud olan nifrət miqyasına əsaslanasaq, ölkənin bölgədəki mövcudluğuna bir neçə gün qalıb. Əlbəttə, ABŞ-ın bölgədə gələcəyi yoxdur.

Cəhalət və təkəbbür, birləşərsə təhlükəli nəticələrə səbəb olar. Son addımların nəticəsi göstərdi ki, ABŞ prezidenti Donald Tramp məhz belə insanlarla əhatə olunub”, - o qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru