Avropa Birliyi və Britaniya razılığa gələ bilmir

9-01-2020, 03:51           
Avropa Birliyi və Britaniya razılığa gələ bilmir
“Brexit” prosesindən sonra Avropa Birliyi ilə Böyük Britaniya arasında əlaqələrin formalaşması uzun zaman alacaq.

Publika.az xəbər verir ki, bu barədə Avropa Birliyindən açıqlama verilib. Bildirilib ki, münasibətlərin bütün sahələr üzrə inkişafı üçün azı 2 il vaxt lazımdır. Məlumata görə, Böyük Britaniya, krallığın Avropa Birliyindən ayrılmasına dair keçid mərhələsinin bu ilin sonuna qədər tamamlanmasını tələb edir.

“Lakin bu vaxt çox azdır. Bizə münasibətlərin yeni istiqamətlərini müəyyən etmək üçün daha çox vaxt lazımdır” - deyə açıqlamada qeyd olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru