Braziliyada neftçilər müddətsiz tətil elan ediblər

2-02-2020, 10:03           
Braziliyada neftçilər müddətsiz tətil elan ediblər
Braziliyanın dövlət neft və qaz şirkəti "Petrobras"ın istehsal müəssisələrində 7 mindən çox işçi milli tətil elan ediblər.

Trend-in məlumatına görə, bir neçə sahələr üzrə həmkarlar komitəsini birləşdirən neftçilər federsiyası, tətillərdə 55 min işçisi olan şirkətin neft qaz sahəsində çalışan personalının 12 faizinin iştirak etdiyini bildirib. Aksiya 13 həmkarlar ittifaqının iştirakı ilə ölkənin 10 ştatının 15 zavodunda keçirilir. Neftçilər, ölkənin cənubunda Parana əyalətindəki gübrə fabrikinin fəaliyyətinin dayandırılmasından və şirkətin iş vaxtlarında dəyişiklik etməsindən narazıdırlar.

"Petrobras" rəhbərliyi neft və qazın fasiləsiz istehsalını və emalını təmin etmək üçün tədbirlər gördüyünü və həmkarlar ittifaqları ilə bağlanmış müqavilələri tam yerinə yetirdiklərini bildirib.

Braziliya Milli Neft, Təbii Qaz və Bioyanacaq Agentliyinin (ANP) məlumatına görə, 2019-cu ildə ölkədə ilk dəfə olaraq 1 milyard bareldən çox neft hasil edilib. 2018-ci illə müqayisədə istehsal artımı 7,8% təşkil edib. Eyni dövrdə ölkədə 44,7 milyard kubmetr təbii qaz hasil edilib ki, bu da bir il əvvələ nisbətən 9,5% çoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru