Rusiya Konstitusiyasında Allahın adının xatırlanmasına rəsmi münasibət bildirilib

2-02-2020, 06:10           
Rusiya Konstitusiyasında Allahın adının xatırlanmasına rəsmi münasibət bildirilib
Rusiya Dövlət Dumasının Dövlət Quruculuğu və Qanunvericilik Komitəsi sədrinin birinci müavini Mixail Emelyanov Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin son açıqlamasına münasibət bildirib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, M.Emelyanov Rusiya Federasiyasının Konstitusiyasında Allahın adının xatırlanmasının mümkünlüyünü deyib.

Qeyd edək ki, ötən gün Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ölkə konstitusiyasında Allahın xatırlanmasını təklif etmişdi.

Krillin sözlərinə görə, bir halda ki Dövlət Himnində Allahın adı çəkilirsə, “Allahın qorunan doğma yurdu” ifadəsi işlənilirsə, bu, əsas qanununda niyə əks edilməsin.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru