Pompeo uyğurlardan danışdı: Bütün dünya birləşsin!..

2-02-2020, 11:47           
Pompeo uyğurlardan danışdı: Bütün dünya birləşsin!..
Qazaxıstanda rəsmi səfərdə olan ABŞ Dövlət katibi Mayk Pompeo Çinlə bağlı çıxış edib.

Axar.az xəbər verir ki, Pompeo Çinin Sintzyan əyalətində uyğur türklərinə qarşı sistemli təzyiqlərlə bağlı danışıb.

Dövlət katibinin sözlərinə görə, bu hücumların dayanması üçün bütün ölkələr Çinə çağırışlar etməlidir.

Qeyd edək ki, bu, ABŞ-ın uyğur türklərinə edilən təzyiqlərlə bağlı ilk sərt çıxışıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.