SSRİ-nin ən güclü 5 silahı - ABŞ jurnalı yazır

2-02-2020, 19:36           
SSRİ-nin ən güclü 5 silahı - ABŞ jurnalı yazır
ABŞ-ın “Neşnl İnterest” jurnalı SSRİ-də istehsal olunan 5 ən möhtəşəm silahın siyahısını dərc edib.

Siyahıda birinci yerdə 1947-ci ildə yığılmış “Kalaşnikov” avtomatı yer alıb. Məqalə müəlliflərinin fikrincə, AK-4-nin əsas üstünlüklərindən biri onun yüngül, yığım və istifadəsinin asan olmasıdır.

İkinci yerdı “Tayfun” sinfindən olan sualtı raket kreyseri dayanıb. Onun ölçüsü ABŞ-ın “Los-Anceles” sinfindən olan zərbə sualtı qayığınıdan 3 dəfə, çəkisi isə digər sualtı qayıqlardan 10 ton ağır olub.

T-55 tankı gücü, yüksək səviyyəli müdafiəsi və hərəkətliliyinə görə, siyahıda 3-cü olub.

Jurnal 4-cü yerə “Ağ qu quşu” adını almış Tu-160 strateji bombardmançısını layiq görüb. Məqalə müəllifləri onun gecə və çətin hava şəraitində uçmaq qabiliyyətini yüksək qiymətləndiriblər. Bundan başqa təyyarə göyərtəsində 22 ton bomba daşıya bilir.

Siyahını 1938-ci il istehsalı 122 mm-lik haubitsa qapayır. Bu haubitsa 11.8 kilomrtrdən hədəfi məhv edə bilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru