Polşa ABŞ-dan 32 ədəd “F-35” qırıcısı alıb - Sovet “MiQ”-lərini əvəzləyir

3-02-2020, 05:17           
Polşa ABŞ-dan 32 ədəd “F-35” qırıcısı alıb - Sovet “MiQ”-lərini əvəzləyir
Polşa ABŞ-dan 32 ədəd ən yeni “F-35” qıpıcıları almaq barədə sazişi başa çatdırıb. Bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşak bəyan edib.

Sövdənin məbləği 4,6 milyard dollar təşkil edir. Kontrakt həm də polşalı pilotların öyrədilməsini, trenajorlarda təlimatları və logistika sahəsində köməkliyi nəzərdə tutur.

ABŞ-ın F-35 qırıcıları sovet istehsalı olan “MiQ-29” və “Su-22” təyyarələrini əvəzləyəcək.

Bu ərəfədə, Polşanın Baş naziri Mateuş Moravetski qeyd edib ki, Varşava hələ də qismən Rusiya istehsalı olan təyyarələrdən asılıdır. O, qeyd edib ki, “NATO-nun potensial və etibarlı üzvü olaraq” Varşava öz hərbi-hava qüvvələrini modernləşdirir.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru