Çin koronavirus təhlükəsini “şişirtməməyə” çağırıb – “Gərginliyi şişirdirlər və hətta panika yaradırlar”
3-02-2020, 05:18
Çin Xalq Respublikasının (ÇXR) xarici işlər naziri Van İ bəzi ölkələri koronavirs epidemiyası ətraında «süni panika yaratmaqda» günahlandırıb.
Nazir vəziyyəti telefonla hindistanlı hərkarı Subramanyam Cayşankarla müzakirə edib və koordinasiyalı fəaliyyəti gücləndirməyə çağırıb.
Van İnin sözlərinə görə, qloballaşma dövründə transmilli çağırışlara cavab vermək üçün hər kəs özünün konstruktiv rolunu oynamalıdır.
“Biz, ayrı-ayrı ölkələrin fəaliyyətini bəyənmirik. Onlar gərginliyi şişirdirlər və hətta panika yaradırlar” - nazir əlavə edib.
Van İ həm də danışıb ki, Çin hakimiyyəti virusun yayılmasını nəzarət altına almaq üçün ən ciddi tədbirləri görüb. Onların bir çoxu beynəlxalq tibbi-sanitar qaydaların tələblərini üstələyir.
Pekində qeyd ediblər ki, ölkə bütün gücü ilə dünyanın hər yerndə sağlam insanları qorumağa çalışır, təkcə öz vətəndaşlarını yox.
Son məlumata görə, son sutka ərzində ÇXR ərazisində virusdan 50 nəfər ölüb, qurbanların ümumi sayı isə 213-dən 259-a yüksəlib.