Keçmiş Ettelaat rəhbəri SEPAH tərəfindən saxlanıldı

3-02-2020, 05:22           
Keçmiş Ettelaat rəhbəri SEPAH tərəfindən saxlanıldı
Təbriz şəhərinin keçmiş bələdiyyə başçısı, Sadiq Nəcəfi SEPAH tərəfindən saxlanılıb.

Ovqat.com İran mediasına istinadən xəbər verir ki, S.Nəcəfi cümə axşamı gün, yanvarın 30-da “Sepah”ın kəşfiyyat əməkdaşları tərəfindən yaxalanıb.

Bu barədə məlumat yayan yerli kütləvi informasiya vasitələri Sadiq Nəcəfinin bələdiyyə başçısı olduğu zaman maliyyə pozuntularına yol verdiyini və həmin ittiham üzrə saxlandığını yazıb.

Saxlanılan şəxs 20 il müddətinə Şərqi Azərbaycan Əyalətində ən yüksək vəzifələrin sahibi olub. Onun 11 il Ettelaat İdarəsinə rəhbərlik etdiyi bildirilir.

İranda dövlət əmlakını mənimsəmə, rüşvətxorluq və korrupsiya bütün rəsmi orqanları bürüyüb. Beynəlxalq Şəffaflıq Təşkilatının hesabatına görə, İran dünya üzrə ən korrupsiyalaşmış ölkələr sırasındadır.

Qeyd olunmalıdır ki, Sadiq Nəcəfi Araz İqtisadi Zonasının rəhbəri və Təbriz Ticarət Palatasının rəhbəri vəzifələrində də işləyib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru