Rusiya erməni naziri öldürmək istəyib - İLGİNC

16-04-2020, 16:00           
Rusiya erməni naziri öldürmək istəyib - İLGİNC
Rusiya kəşfiyyatı ilə əməkdaşlıqda ittiham olunan Ukrayna Təhlükəsizlik Xidmətinin general-mayoru Valeri Şaytanovun əsas hədəfi açıqlanıb.

Axar.az xəbər verir ki, bu məlumatı ukraynalı jurnalist Dmitri Qordon yayıb.

“Mənim mənbələrim təsdiqləyir ki, Adam Osmayevin (keçmiş çeçen döyüşçü, Ukraynadakı könüllü çeçen hərbi dəstələrinin rəhbəri – red.) qətli Şaytanov üçün məşq idi. Ona Ukrayna Daxili İşlər naziri Arsen Avakovu məhv etmək əmri verilmişdi”, – deyə o bildirib.

Qeyd edək ki, general-mayor Valeri Şaytanov Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunaraq Ukraynanın Təhlükəsizlik Xidməti tərəfindən saxlanılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru