“Dəlil varmı?” –Rəsmi Pekindən COVID-19-un laboratoriyadan sızma iddiasına reaksiya

17-04-2020, 00:00           
“Dəlil varmı?” –Rəsmi Pekindən COVID-19-un laboratoriyadan sızma iddiasına reaksiya
Çin Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın yeni növ koronavirusun (COVID-19) Uhan şəhərində laboratoriyadan yayılması ilə bağlı iddialarına münasibət bildirib.

“Reuters”in məlumatına görə, Çin XİN-in (XİN) mətbuat katibi Çjao Litszyan bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmiləri artıq bir neçə dəfə COVID-19 virusunun laboratoriyada yaradılmasına dair heç bir dəlilin olmadığını söyləyiblər.

O qeyd edib ki, beynəlxalq ictimaiyyət COVID-19-la səmərəli şəkildə mübarizə aparacağı müddətdə qələbə qazana biləcək.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp aprelin 15-də keçirdiyi brifinqdə deyib ki, onun administrasiyası koronavirusun Uhandakı laboratoriyadan yayılması məsələsini müəyyənləşdirmək üçün çalışırAPA.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru