Kreml prezidentlərdən xahiş edəcək: Moskvaya gəlməyin...

17-04-2020, 00:00           
Kreml prezidentlərdən xahiş edəcək: Moskvaya gəlməyin...
Kreml Qələbə Paradının başqa vaxta keçirilməsi ilə əlaqədar xarici dövlətlərin liderlərinə Moskvaya səfərlərini təxirə salmağı təklif edəcək.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirb.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Böyük Vətən müharibəsində Qələbənin 75-ci ildönümü ilə əlaqədar keçirilməsi planlaşdırılan bütün təntənəli kütləvi tədbirlərin, o cümlədən Qələbə paradının başqa vaxta keçirilməsi barədə tapşırıq verib.

Qeyd edək ki, bir çox ölkələrin liderləri, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev Qələbə paradında iştirak etmək üçün dəvət almışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.