Qoy Paşinyan pul verilən bütün jurnalist və medianın adlarını açıqlasın – “Medianın müdafiəçisi” təşəbbüs qrupu

20-04-2020, 18:39           
Qoy Paşinyan pul verilən bütün jurnalist və medianın adlarını açıqlasın – “Medianın müdafiəçisi” təşəbbüs qrupu
“Belə bir lüğət Baş nazirə layiq deyil. İnanıram ki, ümumiyyətlə bu lüğətə yenidən baxılmalıdır”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Söz Azadlığının Müdafiə Komitəsi”nin sədri Aşot Melikyan Aysor.am-a müsahibəsində Baş nazir Nikol Paşinyanın “Facebook”da birbaşa açıqlamasına münasibət bildirərkən deyib.

“İnformasiya sahəsi necə idarə olunub? Medianın 99% -i və jurnalistlərin 70% -i hakimiyyətdən pul alıb. İndi pul almırlar və bütün informasiya sahəsi qəzəblidir. Əgər qorxu içində başqa yerlərdən pul alırsansa, onda nə vaxts abunun sirri açılacaq və rüsvay olacaqsan.

Əlbəttə, oxşar ifadələr hədəfli olub, ancaq belə faktlar olarsa. Amma bilirik ki, əvvəlki hökumət dövründə, həqiqətən, bir sıra idarələr, məsələn, Diaspor və Mədəniyyət nazirlikləri, Yerevan Şəhər meriyası və s. müxtəlif sazişlər bağlayaraq çoxsaylı KİV-lərə maliyyə yardımı ediblər. Əsasən, bu gündəlik fəaliyyət olub”. Aşot Melikyan belə deyib.

Onun sözlərinə görə, Ermənistanda informasiya sahəsi çoxdan qütbləşib, media siyasi və iqtisadi düşərgələrə bölünüb və siyasi sponsorlar tərəfindən maliyyələşdirilir.

“Görünür, baş nazir bunu nəzərə almışdı. Əlbəttə ki, bu nazirliklərin və şəhər meriyalarının müqavilələrini və siyahılarını dərc etmək çətin deyil. Hesab edirəm ki, bu, daha dürüst olardı. Cəmiyyət baş nazirin nə demək istədiyini biləcək. Ancaq fikrimcə, ünvansız ifadələr işlətmək və hamını günahlandırmaq yersizdir”. “ Söz Azadlığının Müdafiə Komitəsi”nin rəhbəri vurğulayıb.

“Medianın müdafiəçisi” təşəbbüs qrupu Baş naziri efirdə şayiələr yaymamağa və keçmiş həmkarlarını ləkələməməyə çağıran bir bəyanat yayıb.

“Baş nazir qoy pul alan bütün jurnalistlərin və medianın adlarını dərc etsin. Bununla da o, yerli mediaya kömək edəcək, əks təqdirdə onun medianı və jurnalist cəmiyyətini əsassız şəkildə nüfuzdan saldığı ortaya çıxacaq. Belə bir hərəkət tərzi söz azadlığı hüququnun mənafelərindən irəli gəlmir və əslində müəyyən bir xəbər agentliyinə qərəzli münasibət bəsləyir” deyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.