ABŞ və Avropada terror təlaşı - Təhlükəsizlik tədbirləri gücləndirildi
31-12-2015, 15:44
Yeni ilin bayram edilməsi ərəfəsində ABŞ və Avropanın bir sıra ölkələrində əlavə təhlükəsizlik tədbirləri görülülüb.
Azərtac Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Belçika paytaxtında kütləvi tədbirlər və atəşfəşanlıq qadağan olunub. Londonun küçələrinə əlavə olaraq iki min silahlı polis çıxarılıb. ABŞ şəhərlərində də asayişin qorunmasına əlavə polis qüvvələri cəlb olunub. Birləşmiş Ştatların xüsusi xidmət orqanları vəziyyətin nəzarətdə saxlandığını bildirirlər.
Brüssel ay yarımdan çoxdur ki, gücləndirilmiş mühafizədə saxlanılır. Bununla bağlı qərar təşkilatçıları Belçika vətəndaşları olan Paris terror aktlarından sonra qəbul olunub.