ABŞ-ın neft ehtiyatı rekord həddə çatıb 30-06-2020, 01:01 ABŞ-da neftin kommersiya ehtiyatları neft məhsullarına tələbatın azalması səbəbindən rekord həddə - 541 milyon barelə çatıb.“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi məlumat yayıb.Bu göstərici 2017-ci il mart ayının sonunda qeydə alınan əvvəlki rekorddan 5 milyon barel çoxdur.Bununla belə, ABŞ-dakı anbarların yalnız 62 faizi dolub. Facebook-da paylaş