Cənub qütbündəki buzlar əriməkdə davam edir

30-06-2020, 17:39           
Cənub qütbündəki buzlar əriməkdə davam edir
Cənub qütbündə hava temperaturunun artması buz örtüyünün sürətlə əriməsinə səbəb olub.
Yeniavaz.com xəbər verir ki, “Nature Climate Change” jurnalında nəşr olunan məlumatda sözügedən bölgədə istiliyin, digər yerlərə nisbətən 3 qat artıq olduğu vurğulanıb. Araşdırma Yeni Zelandiya alimləri tərəfindən aparılıb. Onların sözlərinə görə cənub qütbündə istilik, 1989-2018-ci illər arasında təxminən 1,8 dərəcə yüksəlib. Bu da hər 10 il üçün təqribən 0,6 dərəcə artım deməkdir. Mütəxəssislər bu statistikanın son 30 ildə ən yüksək göstərici olduğunu bildirib.
Tədqiqatda bu temperatur artımının Antarktidadakı buz örtüyünün daha çox əriməsinə səbəb ola biləcəyi qeyd edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.