“ABŞ-da seçki saxtakarlıqlarına dair sübutları təqdim edəcəyik” –Tramp

30-11-2020, 00:43           
“ABŞ-da seçki saxtakarlıqlarına dair sübutları təqdim edəcəyik” –Tramp
ABŞ prezidenti Donald Tramp növbəti dəfə prezident seçkilərində qələbə qazanması barədə bildirib və demokratlar tərəfindən fırıldaqçılığa dair sübutları təqdim edəcəyinə söz verib.

Bu barədə Ağ Ev rəhbəri “FoxNews”a müsahibəsində deyib.

“Biz seçkilərdə asanlıqla qalib gəldik. Ola bilməz ki, Bayden milyonlarla səs yığsın”, – o, müsahibəsində bildirib.

Tramp öz qələbəsini elan etmiş Co Baydenin afroamerikalı seçicilər arasında sabiq dövlət başçısı Barak Obamadan da çox səs yığa bilməsindən şübhələnib.

“Minlərlə ölü insan səs “verdi”, – Tramp təkrarlayıb. O, vurğulayıb ki, əslində Bayden 80 milyon səs toplamayıb.

ABŞ prezidenti bildirib ki, fırıldaqçılıq sübutları arasında şahid ifadələri, həmçinin Baydenin xeyrnə bülletenlərin topa şəklində atılmasına dair şəkillər və sübutlar tapılıb. “Bizdə sübutlar çoxdur”, – Tramp deyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.