Səudiyyə Ərəbistanı avtomobillərsiz, yollarsız şəhər inşa edir

12-01-2021, 06:45           
Səudiyyə Ərəbistanı avtomobillərsiz, yollarsız şəhər inşa edir
Səudiyyə Ərəbistanının şahzadəsi, vəliəhd Məhəmməd bin Salman yeni - avtomobillərsiz, yollarsız, karbon tullantısı olmayan şəhər layihəsini elan edib.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” bildirib.

Qeyd edilir ki, 170 kilometr uzunluğa malik layihə "The Line" adlanır. O, 500 milyard ABŞ dolları məbləğinə malik “Neom” layihəsinin tərkib hissəsi olacaq. Şəhərin tikintisinə cari ilin birinci rübündə başlanılması planlaşdırılır.

Layihənin press-relizində “The Line” "avtomobillərsiz, yollarsız və təbiət ətrafında qurulmuş, bir-birinə bağlı olan gələcək cəmiyyətlərin qurşağı" kimi xarakterizə edilib.

Məlumata görə, 2030-cu il yeni şəhərin artıq 1 milyon sakini olacaq və 380 000 iş yeri yaradılacaq. İnfrastrukturun xərci 100-200 milyard ABŞ dolları təşkil edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru