Pelosi Trampı "qatillərin ortağı" adlandırdı

21-01-2021, 08:38           
Pelosi Trampı "qatillərin ortağı" adlandırdı
ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi, hazırkı prezident Donald Trampın 6 yanvar qətllərinə ortaq ola biləcəyini açıqlayıb.

MSNBC telekanalına müsahibəsində Pelosi bildirib ki, məhz Trumpın nitqi kütləni Konqres binasına hücuma təhrik edib və nəticədə beş nəfər həlak olub.

“Prezidentin sözləri vacibdir. İnsanlar bura gəlmək üçün onun sözlərindən istifadə etdilər”, - deyə Pelosi bildirib.

Spiker əlavə edib ki, Konqres üzvlərindən hər hansı birinin Kapitoliyə hücum edən qrup ilə əməkdaşlığı sübut olunarsa, keçmiş prezidentlə yanaşı, onlar da qeyd olunan iğtişaşlar zamanı törədilən cinayətlərin ortaqlarına çevriləcəklər.

“Bu cinayətlər arasında qətllər də var və eks prezident belə bir cinayətdə ortaqdır, çünki bu üsyanı təhrik edib, bu ölümlərə və dağıntılara səbəb olub”, - deyə N.Pelosi qeyd edib.oxu












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.