Pekində koronavirusun “Britaniya ştammı” tapıldı:

21-01-2021, 09:20           
Pekində koronavirusun “Britaniya ştammı” tapıldı:
Çinin paytaxtı Pekin şəhərində ilk dəfə koronavirusun “Britaniya ştammı” aşkar edilib.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Pekin şəhərinin Xəstəliklərin Profilaktikası və Nəzarət Mərkəzinin direktor müavini Pan Sinxo bildirib.

P.Sinxo bildirib ki, şəhərin Dasin rayonunda “Britaniya ştammı”na iki təsdiqlənmiş yoluxma halı qeydə alınıb.

Rəsmilər həmçinin son 14 gündə Dasin rayonunda olmuş hər kəsi dərhal koronavirusun nuklein turşusu testindən keçməyə və test cavabları hazır olana qədər şəhərdə və ölkədə xəstəliyin yayılmasının qarşısını almaq üçün Pekindən ayrılmamağa və çox sayda insanla əlaqə qurmamağa çağırıblar.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru