Bayden Trampın 5 fərmanını ləğv etdi - İnauqurasiyadan dərhal sonra

21-01-2021, 22:16           
Bayden Trampın 5 fərmanını ləğv etdi - İnauqurasiyadan dərhal sonra
Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Cozef Bayden inauqurasiyadan bir neçə saat sonra, öz sələfi Donald Trampın bir neçə fərmanını ləğv edən sədədləri imzalayıb. Xəbəri «Röyter» agentliyi yayıb.

Yeni seçilmiş prezidentin Tramp tərəfindən imzalanmış qanun aktlarını ləğv etməyi planlaşdırdığı barədə ABŞ KİV-i hələ ötən ilin noyabrında xəbər vermişdi.

ABŞ 2015-ci ildə qəbul olunmuş iqlim üzrə sazişə qayıdır. Saziş ətraf mühitə karbon tullantılarının azaldılmasını nəzərdə tutur. Müqaviləyə qoşulmaq barədə sənəd BMT-yə təqdim olunacaq və 30 gündən sonra qüvvəyə minəcək.

Ölkə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) qayıdacaq. Vaşinqton bu təşkilatı tərk etmək barədə prosedurun başlandığı barədə 2020-ci ilin yayında ÜST-ə xəbərdarlıq edib. Tramp ÜST-ü Covid-19 pandemiyasının əvvəlində buraxdığı səhvə görə dəfələrlə tənqid edib.

Bir sıra müsəlman və Afrika ölkələrindən miqrantların ABŞ-a gəlməsini qadağan edən fərman ləğv ounub, Meksika ilə sərhəddə divar tikintisi də dayandırılıb.

Kanadadan ABŞ-a gedən «Keystone X!» boru kəmərinin tikintisi barədə icazə geri çağırılıb. Vaxtında ekoloqlar və fəallar tikintiyə fəal etiraz ediblər. Nəticədə, tikinti Barak Obamanın prezidentliyi dövründə dayandırılıb, ancaq 2017-ci ildə Tramp onun davam etdirilməsinə icazə verib.

Bunlardan başqa, Bayden məcburi qaydada maska geyinmək və bütün federal obyektlərdə sosial məsafə saxlamaq barədə fərman da imzalayıb.

AzPolitika.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.