Rusiyanın müxaliflərə qarşı hava hücumları Suriya böhranı üzrə sülh danışıqlarını baltalayır.
Axar.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Amsterdamda Avropa Birliyinin müdafiə nazirləri ilə qeyri-rəsmi görüşdə deyib.
Bir müddət öncə ABŞ Dövlət Departamenti də oxşar bəyanatla çıxış edib.
Qeyd edək ki, Cenevrədə keçirilən sülh danışıqları 25 fevrala təxirə salınıb.