Rusiyada mitinqlər: Navalnının xanımı saxlanılıb

31-01-2021, 22:24           
Rusiyada mitinqlər:
Kütləvi aksiyalarda 3 mindən artıq etirazçı saxlanılıb

Bu gün Rusiyanın paytaxtı Moskvada və digər böyük şəhərlərində mitinqlər keçirilib. AYNA qonşu ölkə mediasına istinadən bildirir ki, aksiyada yanvarın 17-dən həbsdə saxlanılan müxalifət lideri Aleksey Navalnının azad edilməsinə çağırış edilib.

Məlumata görə, kütləvi etiraz aksiyaları zamanı 3 mindən çox adam saxlanılıb. Saxlanılan şəxslər arasında A.Navalnının xanımı Yuliya Navalnı da var.

Sosial media kanallarınında yayılan məlumatlara əsasən, Moskvada və etiraz aksiyaları keçirilən Rusiyanın digər şəhərlərində aksiya iştirakçılarının polis tərəfindən saxlanması və həbsi davam edir. Müxalifət liderinin həbsinə etiraz olaraq Rusiyada kütləvi etiraz aksiayalarının ilk dalğası yanvarın 23-də başlayıb.

Qeyd edək ki, Navalnı yanvarın 17-də Almaniyadan Rusiyaya qayıdanda hava limanında həbs olunub. O, ötən ilin avqustunda Sibirdə zəhərlənmədən sonra Berlində müalicə olunurdu. Onun "Noviçok" sinir-iflic maddəsi ilə zəhərləndiyi təsdiqlənib. Müxalifətçi zəhərlənməsində birbaşa Prezident Vladimir Putini ittiham edib. Kreml ittihamları rədd edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru