Bill Qeyts pandemiyada əli olması barədə ittihamlara cavab verdi

1-02-2021, 00:04           
Bill Qeyts pandemiyada əli olması barədə ittihamlara cavab verdi
"Vaksinləmə haqqında şayiələrin yayılması koronavirus epidemiyasınının müddətini uzada bilər".
“Report” xəbər verir ki, bunu “Microsoft” şirkətinin banilərindən biri, iş adamı və xeyriyyəçi Bill Qeyts Almaniyanın “Suddeutsche Zeitung” nəşrinə müsahibəsində deyib.

O, həmçinin növbəti dəfə pandemiyada əli olması barədə şayiələri təkzib edib.

"Bu, insanların sadə qərarlar axtardıqları böyük çağırışdır. Onlar pandemiyanın arxasında kiminsə dayanıb-dayanmaması barədə suallar verirlər", - iş adamı deyib.

Sahibkar qeyd edib ki, onun fondu artıq insanların vaksinə inamsızlığı ilə qarşılaşıb.

"Pakistan və ya Nigeriya kimi ölkələrdə poliomielitlə mübarizə zamanı vaksin haqqında şayiələr gəzirdi ki, o təhlükəsiz deyil və qadınlarda sonsuzluğa səbəb olur", - Qeyts əlavə edib.

Onun sözlərinə görə, bu cür yanlış fikirlərlə mübarizə aparmaq üçün nüfuzlu insanlara, ictimaiyyət xadimlərinə və ya böyük nüfuza malik olan dini liderlərə müraciət etmək lazımdır. Bill Qeytsin fikrincə, peyvəndin əhaliyə faydalarını yalnız onlar izah edə bilirlər.

Qeyd edək ki, koronavirusun yayıldığı gündən sosial şəbəkələrdə və bəzi mətbu orqanlarda Bill Qeytsin pandemiyada əli olmasına dair fikirlər yayılıb.

Bəzi portallar və şəbəkə istifadəçiləri Qeytsin bunu dünya əhalisinə qlobal nəzarət üçün etdiyini iddia edib. Qeyts bunda əlaqəli olması barədə nəzəriyyələr axmaqlıqdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru