ABŞ-ın neft və qaz hasilahı çökdü - Avropa Rusiyaya sığındı - "Bloomberg"
20-02-2021, 17:00

"Amerika Birləşmiş Ştatlarında anormal soyuq hava səbəbindən neft quyuları bağlanıb, neftayırma və qaz emalı zavodlarının avadanlığı sıradan çıxıb, anbarlar boşalıb. Çətin vəziyyət əsasən ABŞ-ın Qərb və Cənub bölgələri, xüsusilə Texasda hökm sürür".
Bizimxeber.az Bloomberg-ə istinadən bildirir ki, ən böyük neft yatağı sayılan - Permiya hövzəsində hasilat yüzdə 65 azalıb. Bütün neft quyuları bağlanıb, avadanlıqlar sıradan çıxıb. Total, Permiya hövzəsi hasilatını gündə bir milyon barel azaldaraq minimum gücü ilə işləməyə məcbur olub.
Məlumatda bildirilir ki, Texasda fəaliyyət göstərən Motiva və Exxon Mobil şirkətlərinin neftayırma zavodları fəaliyyətini tamamilə dayandırıb. Ekspertlərin açıqlamasına görə, ABŞ-ın neft və qaz hasilatı ciddi şəkildə azalıb.
"Arktik soyuq həm də qaz emalı müəssisələrinə böyük ziyan vurub. Müəssisələr xammal qıtlığından əzyyət çəkir, LNG ixracatı demək olar ki, iflic olub. Çatdırmalar dörd ayın ən aşağı səviyyəsinə düşüb."Ölkənin əksər hissəsini əhatə edən arktik hava, sözün əsl mənasında qaz quyularını, boru kəmərlərini dondurub, Texasdakı elektrik enerjisinin kəsilməsinə səbəb olub"- deyə , "Bloomberg bildirir.
ABŞ-ın Enerji Nazirliyinin məlumatına görə, cənub-mərkəzi bölgədə qaz istehsalı gündə 178 milyon kubmetr azalıb. Agentliyin qiymətləndirmələrinə görə, yerli istehsal güclərinin təxminən 30% -i boş və bütün ölkə üzrə isə təxminən yeddi faiz fəaliyyətsizdir. Güclü daxili tələbə cavab olaraq təchizatçılar anbarları boşaltmaq məcburiyyətində qalıblar. Elektrik kəsintiləri 14 əyalət üzrə qeydə alınıb. Oregonda 230 min, Kentukkide 145 min, Luizianada 115 min və Virjiniyada 100 min nəfər işıqsız qalıb.
Avropa qaz aldı...
Avropa da vəziyyət ağır olaraq qalır. Soyuq hava səbəbiylə yeraltı anbarların boşaldığı və qaz çatışmazlığının hökm sürdüyü deyilir.
Fransa hökuməti vəziyyətdən çıxış yolu kimi təcili rusiyadan yanacaq almağa məcbur oldu. "Qazprom"un məlumatlarına görə, ilin əvvəlindən bu ölkəyə ixracat təxminən bir neçə dəfə artırılıb. Digər Avropa ölkələrində də vəziyyət eynidir. Almaniya fevral ayının ilk ongünlüyündə Rusiya qazını 2020-ci ilin eyni dövrünə nisbətən yüzdə 50 çox alıb.
1 yanvar tarixindən etibarən Qazpromun MDB xaricindəki ölkələrə ixracatı yüzdə 36,5 artaraq 27,5 milyard kubmetrə çatıb. İtaliya (artı yüzdə 221,5), Türkiyə (yüzdə 20,8), Hollandiya (yüzdə 21,2) və Polşa (yüzdə 89,9) alımları artırıb.
ABŞ təzyiqləri dayanmır...
Bu arada, Amerikalılar Nord Stream 2 vasitəsilə AB-yə təzyiq göstərməyə davam edirlər. "The Wall Street Journal" qəzetinin yazdığına görə, Berlin və Vaşinqton təmsilçiləri qaz kəməri ilə bağlı danışıqlara başlayıblar.
Vaşinqton, Almaniyanın bir sıra şərtləri yerinə yetirəcəyi təqdirdə, layihədə iştirak edən Avropa şirkətlərinə qarşı dolayı sanksiyaların əhəmiyyətli bir hissəsini ləğv etməyə hazırdır. Ən vaciblərindən biri, Ukrayna ərazisindən keçən tranzitin azalması halında qaz kəmərinin fəaliyyətini dayandırmaq üçün bir mexanizm yaradılmasıdır.
Bundestaq isə artıq bu fikri qəbuledilməz adlandırıb. Məlum vəziyyətdə Ukrayna hesabları ödəməsə, avropalılar Rusiya qazını itirə bilər. Almanlar isə enerji təhlükəsizliyinin Kiyevin ödəmə qabiliyyətindən asılı olmasını heç istəmirlər.
Ədil Hüseynli
Bizimxeber.az