Ermənistan prezidenti də Paşinyana üz çevirdi

26-02-2021, 00:13           
Ermənistan prezidenti də Paşinyana üz çevirdi
“Prezident Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin istefası təklifini növbəti kadr dəyişikliyi hesab etmir”.

Bu haqda Ermənistanın prezident administrasiyasının yaydığı bəyanatda deyilir. Bildirilir ki, Konstitusiyaya əsasən prezidentin Baş nazirin qərargah rəisini istefaya göndərmək təklifi ilə bağlı mövqeyini bildirməsi üçün üç gün vaxtı var.

“Dövlət orqanlarının normal fəaliyyətinin təmin edilməsi zərurəti nəzərə alınaraq, prezidentin vəzifəli şəxslərin təyin və ya vəzifədən azad edilməsinə dair hər hansı bir əsas etirazı olmayıb. Bununla belə, mövcud böhran şəraitində Silahlı Qüvvələrin Baş Qərargah rəisinin istefaya göndərilməsi növbəti kadr dəyişikliyi hesab oluna bilməz. Konstitusiyaya əsasən, Silahlı Qüvvələr ölkənin müdafiə, təhlükəsizlik və ərazi bütövlüyünü, sərhədlərin toxunulmazılığını təmin edir”.

Administrasiyadan bildirilib ki, hazırkı vəziyyətdə kimsə prezidentin siyasi proseslərə qarışmasına çalışmamalıdır: “Prezidentə təzyiq göstərmək cəhdləri yolverilməzdir. Prezident hər hansı tərəfi tutmur. Yalnız dövlətin və xalqın maraqlarını müdafiə edir”.

Qeyd edək ki, Baş nazir Nikol Paşinyan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanı istefaya göndərib. Onun bu qərarı Armen Sarkisyan tərəfindən təsdiqlənərsə, Qasparyan vəzifədən kənarlaşdırılacaq. virtualaz












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.