Matviyenkodan İrəvana xəbərdarlıq: "Faciə olar..."

1-03-2021, 22:26           
Matviyenkodan İrəvana xəbərdarlıq:
Rusiya İrəvandakı hadisələrindən asılı olmayaraq, Ermənistanın Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanata əməl etməsinə ümid edir.

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko "RİA Novosti"yə müsahibəsində deyib.

"Biz Ermənistan liderlərinin məsuliyyətli olduqlarına ümid edirik, çox inanırıq. Hansı hadisələrin baş verməsindən asılı olmayaraq, davamlılıq olmalıdır (Dağlıq Qarabağla bağlı bəyanatın həyata keçirilməsində - red.) Bu bəyanata zidd olacaq hər hansı hərəkət, hər hansı bir addım böyük faciəyə səbəb ola bilər, buna yol vermək olmaz”, - deyə Matviyenko bildirib.

O, üçtərəfli bəyanatın Qafqaza sabitlik gətirdiyini söyləyib: "Proseslər davam edir, onlar sadə deyil, mürəkkəbdirlər. Hər gün bu və ya digər nüanslar yaranır. Lakin əsas odur ki, razılıq əldə edildi. İndi bunun davam etdirilməsinə çalışmalıyıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru