Rusiyanın ən varlı deputatı həbs edildi

1-03-2021, 23:46           
Rusiyanın ən varlı deputatı həbs edildi
Rusiya Dumasının Saxalin vilayətinin milyarder deputatı Dmitri Paşov həbs olunub.

Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” xəbər agentliyi məlumat yayıb.

“Məhkəmə Paşova iki ay müddətinə həbs qətimkan tədbiri seçib. Deputat aprelin 26-dək istintaq təcridxanasına göndəriləcək, hələlik isə o, Xabarovsk istintaq təcridxanasında qalacaq, sonrası müstəntiqin qərarından asılıdır", - deyə məhkəmədən bildiriblər.
Paşov 26 fevralda Xabarovsk şəhərinə işgüzar səfərə gedərkən mühakimə müddəti artıq bitmiş köhnə bir iş üzrə dindirilmək üçün çağırıldığı zaman saxlanılıb.

Ötən ilin sentyabrında “Forbes” Paşovu Rusiyanın ən varlı deputatı elan edib. 2019-cu ilin sonunda Paşov ailəsinin gəliri 6,2 milyard rubl olaraq qiymətləndirilib.

Millət vəkili Uzaq Şərqin ən böyük xərçəng ovçularından biri olan “Moneron” müəssisəsinə rəhbərlik edir. Şirkətin gəliri 2019-cu ilin sonunda 7,97 milyard rubl təşkil edib.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.