"Putindən qorxuram, çünki...”

6-03-2021, 16:13           
"Putindən qorxuram, çünki...”
“Rusiya Prezidenti Vladimir Putindən qoxuram”.

Yenisabah.az xəbər verir ki, bunu rusiyalı müxalif siyasətçi Sergey Aleksaşenko CNN-ə müsahibəsində deyib.

O, həyati təhlükə qarşısında qaldığı üçün bir neçə il əvvəl Rusiyadan getdiyini bildirib:

“Qorxmadığımı desəm, yalan söyləmiş olaram. Rusiyanı 2014-cü ildə tərk etmişəm, çünki “hakimiyyətin düşməni” elan olunmuşdum. Əlbəttə, qorxuram. Amma bütün həyatım boyunca gizlənə bilmərəm. Özümü gizlədib həyatımı bu cür başa vurmaq niyyətində deyiləm. Belə bir şey etmək istəmirəm.

Aleksey Navalnı üçün də vəziyyət bu cürdür. Əgər Rusiyadan kənarda yaşasa, bir heç olacaq. Əlbəttə, qorxuruq, amma görməli olduğumuz işlər də var”.

Qeyd edək ki, Sergey Aleksaşenko yanvar ayında Moskvada həbs olunmuş müxalifət lideri Aleksey Navalnının tərəfdarlarından biridir. /Teleqraf












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.