ABŞ-da günahsız yerə həbs olunmuş üç məhbus sərbəst buraxılıb – 20 ildən sonra

7-03-2021, 10:33           
ABŞ-da günahsız yerə həbs olunmuş üç məhbus sərbəst buraxılıb –
Nyu-Yorkda törətmədikləri cinayət əməlinə görə həbs edilmiş üç məhbus 20 ildən sonra azadlığa buraxılıb.

Bu barədə “Daily Beast” yazıb.

ABŞ vətəndaşları olan Corc Bell, Roan Bolt və Qari Conson şəhər ərazisindəki qəbzlərin nağdlaşdırılması xidmətini qarət etməkdə və ikiqat qətl törətməkdə təqsirli bilinərək həbs olunmuşdular. 20 il keçdikdən sonra məhkəmə müdafiə tərəfinin dəlillərinə təkrarən baxıb və hökmü ləğv edib.

İstintaq araşdırması 1996-cı ildə başladılmışdı. Hüquq-mühafizə orqanları əsl günahkarları axtarmaqda davam edir. /APA












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.