İsraildə vaksinasiya: “Yaşıl pasport” sahiblərinə bəzi sahələrdə sərbəstlik verildi

9-03-2021, 09:42           
İsraildə vaksinasiya: “Yaşıl pasport” sahiblərinə bəzi sahələrdə sərbəstlik verildi
Dünyada əhalinin sayı ilə nisbətdə vətəndaşlarına ən çox peyvənd vurulan ölkə sayılan İsraildə pandemiya ilə bağlı məhdudiyyətlər mərhələli şəkildə yumşaldılır.

Bu barədə “Haber Global” məlumat yayıb.

Bu çərçivədə restoran və kafelər COVID-19 peyvəndinin hər iki dozasını vurduranlara da verilən “yaşıl pasport” adlı sənədə sahib şəxslərə xidmət göstərməyə başlayıb. “Yaşıl pasport” sahibləri 300 nəfərdən çox olmamaqla və ya məkanın potensialının 50 faizini keçməyəcək şəkildə qapalı məkanlarda təşkil olunacaq tədbirlərdə iştirak edə bilər. Bundan əlavə mədəni və idman tədbirlərində də “yaşıl pasport” sahibi az sayda izləyici iştirak edə biləcək.oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru