Zelenskidən Qərbə ultimatum: Söz verməyin, edin!

13-04-2021, 15:02           
Zelenskidən Qərbə ultimatum:
Əgər ABŞ və onun müttəfiqləri Ukraynanın NATO-ya gələcəkdə üzv olmasını istəyirlərsə, onlar gərək birbaşa bunun haqqında danışsınlar və Ukraynaya kömək üçün praktiki addımlar atsınlar. Sözlər kifayət deyil.

Teref.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski CNN-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ Ukrayna üçün yaxşı dostdur, lakin ABŞ Prezidenti Cozef Bayden Rusiya aqressiyasını dayandırmaq yolunda çox şey etməlidir.

O, NATO-ya üzvlüyün Ukraynanın təhlükəsizliyinə zəmanət anlamına gələcəyini bildirib./axar.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru