Tramp öz tərəfdarlarının mitinqlərini bərpa etməyə hazırlaşır

29-04-2021, 07:58           
Tramp öz tərəfdarlarının mitinqlərini bərpa etməyə hazırlaşır
ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfdarları ilə mitinqləri bərpa etməyə hazırlaşır.

Bu barədə CNN məlumat yayıb.

Məlumatda bildirilir ki, eks-prezident “Amerikanı yenidən ən böyük edək!” (Make America Great Again) şüarı altında keçirilən mitinqlərin bərpası barədə müzakirə açıb.

Analoji mitinqlər 2016-cı ildə Trampın seçkiabağı təbliğat kampaniyası zamanı və sonrakı hakimiyyəti illərində geniş vüsət alıb.

Telekanalın məlumatına görə, yeni mitinqlərin keçirilməsi may ayına planlaşdırılıb.

Qeyd edək ki, bir müddət öncə siyasətçi 2024-cü ildəki prezident seçkilərində iştirakını istisna etməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru