Moskva Çini qorxu ilə izləyir: Putindən sonra problem olacaq

30-04-2021, 14:17           
Moskva Çini qorxu ilə izləyir: Putindən sonra problem olacaq
Çinin nüfuz dairəsinin genişlənməsi Rusiyanın gələcək liderləri üçün problem olacaq.

KONKRET.az xəbər verir ki, bunu ABŞ Milli Kəşfiyyat Şurasının rəsmisi Kristofer Bort deyib.

“Rusiya və Çin arasında olan problemlər indi həll olunandır – hər iki ölkənin rəhbəri bir-birini başa düşür və problemi həll edə bilir. Amma çoxları bunun gələcək Rusiya liderləri üçün problemə çevriləcəyinə işarə edir”, – Bort bildirib.

Onun sözlərinə görə, Moskva bütün regionlarda Çinin artan nüfuzunu diqqətlə və qorxu ilə izləyir:

“Onlar bilir ki, Çinin rolu artır və Pekin Rusiyanın verə bilmədiyi pulu, infrastrukturu verəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru