Kadırovun qazancı Putindən də artıq olub

2-05-2021, 00:06           
Kadırovun qazancı Putindən də artıq olub
Çeçenistan lideri Ramzan Kadırov 2020-ci ildə 381 milyon rubldan artıq qazanıb.

Cebhe.info xəbər verir ki, bu barədə onun gəlir bəyannaməsində bildirilir.

Belə ki, onun gəlirləri ötən il 2,5 dəfə artıb. Kadırovun 2344,3 km metrlik yaşayış evi və iki torpaq sahəsi var. O, hazırda 300 kmv-lik evdə yaşayır.

Kadırovun arvadı isə ötən il 1,5 miyon rubl qazanıb. Onun həmçinin 209 kv m-lik evi var.

Sənəddən görünür ki, Kadırovun özünün qazancı artıb, arvadının qazancı isə ötən il azalıb. Maraqlıdır ki, Çeçenistan liderinin gəliri 2019-cu ildə 148 milyon rubl olub. Arvadı isə o vaxt 2,4 milyon rubl qazandığını bəyan edib. 2018-ci ildə isə Kadırovun gəliri 7,9 milyon rubl olub.

Qazancın bu müddətdə 20 dəfə artmasının səbəbi açıqlanmayıb.

Xatırladaq ki, 2020-ci ildə Putinin gəliri sənədlərdə 9,9 milyon rubl göstərilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.