Fransada yenidən nümayişlər başladı, 27 polis yaralandı, saxlanılanlar var

2-05-2021, 00:12           
Fransada yenidən nümayişlər başladı, 27 polis yaralandı, saxlanılanlar var
Fransanın paytaxtı Parisdə, Lill, Nant və Liyonda keçirilən 1 May nümayişləri zamanı radikal qüvvələrlə polis arasında toqquşma olub.

Teref.az TASS-a istinadən xəbər verir ki, polislə qarşıdurma Parisin Xal meydanında daha qabarıq şəkildə olub.

Qara geyimli bir qrup etirazçı şəhərdə zibil qutularını yandırmağa, ticarət və digər obyektlərə müxtəlif dərəcədə zərər vuraraq polisə müxtəlif əşyalar atıblar.

Şəhər Polis İdarəsi meydanda olanları təcili yardım xidmətinə yaralıların çıxarılması ilə bağlı müdaxilə etməməyə çağırıb. Bəzi yerlərdə etirazçılar yanğınsöndürənlərə yandırdıqları tonqallara yaxınlaşmağa imkan verməyiblər.

Polis radikallara qarşı gözyaşardıcı qaz bombasından və su şırnaqlarından istifadə etməyə məcbur olub.

Liyonda nümayişlərin dağıdılması zamanı 27 polis və jandarma zabiti yaralanıb, azı 5 nəfər nəzarətə alınıb. Son məlumatlara görə, Parisdə 34 nəfər etirazçı saxlanılıb. /APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru