Trampdan koronavirusun mənşəyi ilə bağlı açıqlama: Çin sübutları məhv edib 25-06-2021, 07:54 ABŞ-ın keçmiş prezidenti Donald Tramp Çin hökumətinin koronavirusun Uhandakı laboratoriyadan yayılması ilə bağlı sübutları məhv etdiyini bildirib.Bu barədə “Fox News” məlumat yayıb.“Çin artıq çox güman ki, bir çox sübutları məhv edib”, - deyə D.Tramp bildirib.Onun sözlərinə görə, belə olan halda çətin ki, koronavirusun mənşəyi ilə bağlı araşdırmalar uğurlu olsun. Facebook-da paylaş