Qonşu ölkədə həyəcan təbili: Yoluxma sürətlə artır

25-06-2021, 07:25           
Qonşu ölkədə həyəcan təbili: Yoluxma sürətlə artır
Rusiyada son sutkada koronavirusa 20 162 yoluxma qeydə alınıb.

Vesti.ru ölkənin operativ qərargahına istinadən xəbər verir ki, bu, fevral ayından maksimum göstəricidir.

Gün ərzində virusdan 568 nəfərin öldüyü bildirilir.

Eyni zamanda, Moskvada koronavirusa yoluxma sayında qəfil artım müşahidə olunub. Rusiya paytaxtında bir gündə virusa 8 598 yoluxma, 92 ölüm qeydə alınıb. Ondan əvvəlki gün şəhərdə yoluxma 6 534 olub.

Sankt-Peterburq ardıcıl olaraq iki gündür ölüm sayına görə ilk sıradadır- son sutkada 99 ölüm.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru