Lukaşenkonun həbs etdirdiyi jurnalist azadlığa BURAXILDI

25-06-2021, 14:32           
Lukaşenkonun həbs etdirdiyi jurnalist azadlığa BURAXILDI
NEXTA Teleqram kanalının bir müddət öncə həbs edilmiş keçmiş baş redaktoru Roman Protaseviç ev dustaqlığına buraxılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Protaseviç mayın 23-də “Ryaneyr” aviaşirkətinin təyyarəsinin məcbur endirilməsindən sonra Belarus xüsusi xidmət orqanları tərəfindən həbs edilib.

Bildirək ki, Minskin bu addımı Avropa Birliyinin kəskin reaksiyasına səbəb olmuşdu. Belə ki, bununla da Minskə qarşı sanksiyalar dalğası başlamış və bəzi ölkələr Belarus üzərindən uçuşları dayandırmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru