ABŞ-da matəm: 5 nəfər öldü - Onlarla sakin itkin düşüb / VİDEO
25-06-2021, 23:30
ABŞ-ın Florida ştatında yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 5-ə çatıb. 11 yaralı var. 159 nəfərin həyatı barədə məlumat yoxdur.
Metbuat.az xəbər verir ki, 130 evdən azı 55-i dağılıb. Ərazidə çox sayda xilasedici fəaliyyət göstərir. 40 illik binanın hansı səbəbdən çökdüyü məlum olmasa da, zirzəmidə çox miqdarda su olduğu bildirilir.