Kolumbiya prezidentinin olduğu helikopter atəşə tutulub - VİDEO 26-06-2021, 08:29 Kolumbiya Prezidenti İvan Dukenin olduğu helikopter havada olarkən naməlum şəxslər tərəfindən atəşə tutulub.APA “Semana” jurnalına istinadən xəbər verir ki, hadisə günortadan sonra Norte de Santanderin departamentinin səmasında baş verib.Helekopterə 6 atəş açılıb. Lakin xəsarət alan olmayıb.Helikopterdə prezidentlə yanaşı Müdafiə Naziri Dieqo Molano və Daxili İşlər Naziri Daniel Palasios da olub.Ölkə prezidenti tvitter hesabında helikopterə atəş açan naməlum silahlıların addımını qeyri-peşəkar və qorxaq hücum adlandırıb. Facebook-da paylaş