Afrika əfsanısi kapitan Sankaro...

27-06-2021, 00:00           
Afrika əfsanısi kapitan Sankaro...
Afrika qitəsindəki Burkino-Faso dövlətinin əfsanə prezidenti Tomas Sankara.
1. Cəmi 3 il ərzində korupsiyanın kökünü kəsmişdi. Prezident kimi cəmi 450 dollar alırdı. O pul da zabit kimi pensiyası idi. Öz prezident maaşını - 3 min dolları uşaq evlərinə köçürürdü.
2. Onun keçirdiyi islahatlardan biri bütün dövlət məmurlarının gəlirlərinin və hesablarının açıqlanması olmuşdu.
3. Sankara işçilərinə onun iş otağında kondisioner quraşdırmaqlarını qadağan etmişdi. Bunu o, belə izah etmişdi: “mən dəbdəbəli həyat sürə bilməyən insanların qarşısında utanıram”.
4. Sankara öz portretlərini ictimai yerlərdən, ofislərdən asmağa da icazə verməmişdi.
5. O, “Mersedes” markalı avtomobillərdən ibarət olan hökumət avtoparkını satmışdı. Onun əvəzinə nazirləri o dönəmdə ölkədə ən ucuz marka olan “Reno” avtomobilləri ilə təmin etmişdi.
6. Sankara dövlət məmurlarının maaşlarını kəsirdi, onlara şəxsi sürücüdən istifadə etməyə və birinci sinif aviabiletlərlə uçmağı qadağan etmişdi. Həmçinin məmurlara bahalı qərb kostyumları deyil, yerli əhalinin tikdiyi pambıqdan olan tuniklər geyinmələrini tapşırmışdı.
7. Yeni il qabağı Sankara administratorlara kimsəsizlər fonduna bir aylıq əmək haqqlarını bağışlamaları haqqında göstəriş vermişdi.
8. Bir dəfə Sankara nazirlər kabinetinin yarısını işdən çıxardıb kollektiv fermalara göndərmişdi. Ölkə başçısı onların orada çalışaraq daha faydalı olacaqlarını bəyan etmişdi.
9. Sankaranın hakimiyyətə gəlməyindən (1986) üç il ötdükdən sonra Dünya Bankı Burkina-Fasoda korrupsiyanın olmadığını qeyd etmişdi.
10. 1987-ci ildə sui-qəsd nəticəsində öldürülüb. Sankaranın vəfatından sonra onun sərvətinin hakimiyyətə gəlməmişdən əvvəl aldığı “Pejo” markalı avtomobildən, buzxanası sınıq olan soyuducudan, üç gitardan və dörd velosipeddən ibarət olduğu aşkar olunmuşdu...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.