İsraildə dünyanın ilk süni ət fabriki açılıb

27-06-2021, 10:43           
İsraildə dünyanın ilk süni ət fabriki açılıb
İsrailin Rexovot şəhərində “Future Meat Technologies Ltd.” startapı dünyanın ilk ət istehsalı olan sənaye müəssisəsini açıb.

Bu barədə “Bloomberg” xəbər verib

Tərtibatçılar toyuq fermalarını və kəsim məntəqələrini hüceyrə əsaslı ət istehsalı üçün bioreaktorlarla əvəz etməyi planlaşdırırlar.

Toyuq, donuz və qoyun əti istehsalı ilə məşğul olacaq müəssisə gündə 500 kiloqram məhsul hazırlaya biləcək.

Mal əti istehsalına isə bir müddət sonra başlanacaq.

Gələn ilin sonunda şirkət ABŞ restoran tədarükçüsü olmaq niyyətindədir. Bu barədə artıq tənzimləyici orqanlarla müzakirələr aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.