“Ruslar yeni irimiqayslı haker hücumu həyata keçirib”- Microsoft

27-06-2021, 13:07           
“Ruslar yeni irimiqayslı haker hücumu həyata keçirib”- Microsoft
ABŞ-ın və dünyanın ən böyük texnologiya korporasiyalarından sayılan “Microsoft” yeni və kütləvi haker hücumuna məruz qaldığını bəyan edib.

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkət həmin hücumun arxasında “Nobelium” qruplaşmasının olduğunu bildirib. Bu qrupu Qərb mətbuatı Rusiyanın hərbi kəşfiyyatı ilə əlaqələndirir. Məhz həmin haker dəstəsi 2020-ci ildə “SolarWinds” proqram təminatının sındırılmasında böyük rol oynamışdı.

Yeni hücumun hədəf dairəsinin 36 ölkədən olan milyonlarla istifadəçini əhatə etdiyi məlum olub. Bunlardan 45%-i ABŞ-a, 10%-i Böyük Britaniyaya, qalan hissəsi Kanada və Almaniyaya aiddir. Sui-qəsdçilərin əsas hədəflərinin başında hökumət idarələri, İT şirkətləri, qeyri-hökumət təşkilatları, analitik mərkəzlər və maliyyə institutları gəlib.

Microsoft həmlənin böyük qisminin dəf edildiyini, yalnız adı çəkilməyən 3 şirkətin serverlərinə iznsiz giriş həyata keçirildiyini xəbər edib. Həmin qurumlar artıq bununla bağlı xəbərdarlıq edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru