Dünya MÜHARİBƏ ASTANASINDA: Rusiya bu gün...

27-06-2021, 13:25           
Dünya MÜHARİBƏ ASTANASINDA:
Bu gün Rusiya hərbi gəmilərinin təlimləri keçiriləcək.

Publika.az xəbər verir ki, Rusiya Donanmasının Aralıq dənizindəki daimi birləşməsinin gəmiləri Kral Donanmasının flaqmanı "HMS Queen Elizabeth"ə qarşı 30 kilometrə qədər qısa məsafədə raket təcrübə-təlimini keçirəcək.

Məlumata görə, "HMS Queen Elizabeth"in rəhbərlik etdiyi Krallıq Donanmasının daşıyıcı qrupu hazırda Kiprin cənubunda yerləşdirilib və 30 iyuna qədər orada qalması gözlənilir.

Bir neçə gün öncə İngiltərə ilə Rusiya arasında Qara dənizdə yaşanan gərginliklə dünya müharibənin astanasında idi. Moskva oxşar təxribatda marşrutun deyil, bu dəfə hədəfin bombalanacağını elan etmişdi. Rusiya tərəfdən elan edilən təlimlə bağlı açıqlama isə dünyanın gözünü bu cəbhəyə yönəldib.

Qeyd edək ki, həftənin əvvəlində Rusiya Müdafiə Nazirliyi Şərqi Aralıq dənizində 5 savaş gəmisi, 2 sualtı gəmi, "Tu-22M3" strateji/dəniz hücum bombardmançıları və hipersəsli raket qabiliyyətli "MiG-31K"ların iştirak edəcəyi birgə dəniz və aviasiya təlimlərinin başladığını elan edib. Rusiya MN-dən verilən açıqlamada təlimlərdən əvvəl Rusiyanın Suriyadakı Hmeymim hava bazasına iki "MiG-31K"nin gətirildiyini təsdiqləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru