Xalq dərin kədər içindədir: Diktator arıqlayıb

28-06-2021, 10:49           
Xalq dərin kədər içindədir:
Şimali Koreya lideri Kim Çen In arıqlayıb və bu, onun həmvətənlərini ciddi narahat edir.

Cebhe.info xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Renxap" agentliyi Şimali Koreya dövlət televiziyasına istinadən yazıb.

2020-ci ildəki məlumata görə, diktatorun çəkisi 140 kiloqram olub. O, hər il ardıcıl olaraq 6-7 koloqram alıb.

İndi Şimali Koreya xalqı rəhbərin niyə bu qədər arıqladığını maraq edir.

Vətəndaşlardan biri televiziyaya müsahibəsində bildirib ki, insanlar dərin kədər içindədir: "Hörmətli baş katib arıqlayıb, insanlar dərd içindədir. Hamı deyir ki, onu elə vəziyyətdə görəndə ağılayıb".

Kim Çen In televiziyada son dəfə bir ay əvvəl görünüb. Əmək Partiyasının Siyasi bürosunun iclasından görüntülər yayılıb. Vətəndaşların gözündən o da yayınmayıb ki, diktator saatının kəmərini də irəli çəkməli olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru