Putin Rusiyanın bənzərsiz silahlara sahib olduğunu açıqlayıb

29-06-2021, 00:28           
Putin Rusiyanın bənzərsiz silahlara sahib olduğunu açıqlayıb
Yeni silah sistemləri arasında “Sarmat” qitələrarası ballistik raket, “Zirkon” gəmisindən çıxan hipersəsli raket və “S-500 Prometheus” var

Rusiya Prezidenti Vladimir Putin Kremldə hərbi universitet məzunları ilə görüşündə yeni unikal silahın hazır vəziyyətə gətiriləcəyini açıqlayıb. Bu barədə AYNA TASS-a istinadən bildirir.

Putin yeni silah sistemləri arasında “Sarmat” qitələrarası ballistik raketin, “Zirkon” gəmisindən çıxan hipersəsli raketin və “S-500 Prometheus” zenit sistemlərinin olduğunu bildirib.

Dövlət başçısı yeni dövlət silahlanma proqramının aparıcı tədqiqat qruplarının perspektivli inkişafı nəzərə alınmaqla formalaşdırıldığını və Rusiya Federasiyasının müdafiə potensialının daha da gücləndirilməsinə yönəldiyini qeyd edib.

Xatırladaq ki, may ayında ölkənin müdafiə naziri Sergey Şoyqu Rusiya Silahlı Qüvvələrində dünyanın heç bir ölkəsində olmayan hipersəsli silahlar olduğunu qeyd etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru