Çin sərhədində 200 minlik ordu: ABŞ təzyiqi...

29-06-2021, 09:34           
Çin sərhədində 200 minlik ordu: ABŞ təzyiqi...
Hindistanın Çinlə sərhəddəki hərbçilərinin sayını artırmasının əsas səbəbi son 10 ildə artan və inkişaf edən Pakistan-Çin münasibətləri ilə əlaqədardır. Rəsmi Pekinin xüsusilə son illərdə Pakistana ayırdığı iqtisadi yardımın həcmində kəskin artım var. Bu da rəsmi Dehlini narahat edir.

Bu sözləri Axar.az-a “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov Hindistanın Çinlə sərhəddəki ordusunu 200 minə çatdırmasını şərh edərkən deyib.

O bildirib ki, Pakistan-Çin əlaqələrinə alternativ olaraq Hindistan da ABŞ-la münasibətlərini inkişaf etirir:

“Bu gün ABŞ-ın Hindistanda 3 hərbi bazası var. Bu bazalar həm də Hindistana xarici təcavüz zamanı onu qorumaq məqsədi güdür. Digər tərəfdən, ABŞ Hindistan üzərindən Çinə təzyiq etmək istəyir. Düşünürəm, Hindistanın Çinlə sərhəddə hərbi mövcudluğunu artırmasının pərdə arxasında Vaşinqton durur. Yəni Vaşinqton Çinlə Hindistan arasında mövcud sərhəd problemindən maksimum dərəcədə faydalanmağa çalışır.

Hindistan da Çin-ABŞ münasibətlərinin gərgin olmasını yaxşı anlayır. Dolayı yolla o da bu gərginlikdən öz maraqları üçün istifadə etmək istəyir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru