Qvatemala Rusiyadan pullarını tələb edir – "Sputnik V" keyfiyyətsizdir?

30-06-2021, 12:41           
Qvatemala Rusiyadan pullarını tələb edir –
Qvatemala hökuməti "Sputnik V" vaksininə görə göndərdiyi pulları Rusiyadan geri qaytarmağı xahiş edib.

Cebhe.info xəbər verir ki, buna vaksinin təyin edilmiş müddətdə göndərilməməsi səbəb olub.

Bu barədə "Kommersant" nəşri yazıb.

Mənbə yazır ki, Qvatemala aprel ayında 8 milyon doza vaksin üçün 80 milyon dollar vəsait ödəyib. Buna baxmayaraq, indiyə qədər ölkə yalnız 150 doza vaksin alıb.

Rusiya Birbaşa İnvestisiya Fondu isə qeyd edib ki, yaxın müddətdə pulu ödənilmiş vaksinin qalan hissəsi də Qvatemalaya çatdırılacaq.

"Gələn həftənin əvvəlində "Sputnik V" ilə yüklənmiş daha bir təyyarə Qvatemalaya uçacaq", - deyə adıçəkilən qurumun rəsmisi Qleb Bryanskiy bildirib.

Sevinc Tapdıqqızı
Cebhe.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru