İsraildən yeni texnologiya - Bu bakteriya vasitəsilə mina tapmaq mümkün olacaq

1-07-2021, 19:47           
 İsraildən yeni texnologiya -
İsrail İbrani universitetinin professoru Şimşon Belkin genetikası dəyişdirilən “escherichia coli” bakteriyası vasitəsilə minaları tapmağın mümkün ola biləcəyini deyib.
Yeniavaz.com "CNN Türk"ə istinadla xəbər verir ki, Şimşon bu barədə mətbuata açıqlama verib. O bildirib ki, dənizlərdə parıldayan bakteriyalar ilə (Biyolüminesans) “escherichia coli” bakteriyalarının geni birləşdirilib. Beləliklə, əraziyə səpilən bakteriyaların işıq saçması nəticəsində minalar tapıla biləcək.
Belkin sözügedən metodun 3 il ərzində daha da böyük ərazilərdə test ediləcəyini deyib:
"Etdiyimiz əsas dəyişiklik dənizdə parıldayan bakteriyaların genlərini “escherichia coli” ilə birləşdirməkdir. Nəticədə bakteriyalar minaların varlığına reaksiya verəcək və mina olan ərazilər parıldayacaq. Bundan başqa, reaksiyanın daha sürətli, güclü və dəqiq olmasına kömək edən bir neçə əlavə molekullar da əlavə etdik. Bu şəkildə, daha zəif partlayıcıları da aşkar etmək mümkün olacaq". Professor həmçinin bildirib ki, bakteriyaların nə insan nə də heyvanlara heç bir zərəri yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru